Borc üzrə ödənişlərin dayandırılması ilə bağlı 41 ölkə BVF-yə müraciət edib

Borc üzrə ödənişlərin dayandırılması ilə bağlı 41 ölkə BVF-yə müraciət edib
# 24 iyul 2020 11:20 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) artıq 41 ölkədən borc üzrə ödənişlərin dayandırılması ilə bağlı təşəbbüsdə iştirak üçün müraciətlər qəbul edib.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, bu barədə fondun brifinqində BVF-nin rəsmi nümayəndəsi Cerri Rays deyib.

O qeyd edib ki, borc üzrə ödənişlərinin dayandırılmasında iştirak etmək hüququ olan 73 ölkənin yarısından çoxu artıq BVF-yə müraciət edib. C. Rays əlavə edib ki, COVID-19 pandemiyası ilə bağlı BVF artıq 72 ölkəyə 25 mlrd. ABŞ dolları həcmində maliyyə yardımı göstərib: "Biz həmçinin, ən kasıb 29 üzv ölkənin borcunu təcili şəkildə yüngülləşdirdik və bu məqsədlər üçün BVF təqribən 251 mln. dollar ayırıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR