DGK xətti ilə büdcə daxilolmaları 5%-dək azalıb

DGK xətti ilə büdcə daxilolmaları 5%-dək azalıb
# 09 aprel 2021 16:16 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 943 538,9 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% azdır.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,1% artaraq 260 726,2 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 7,9% azalaraq 636 883 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin birinci rübündə daxilolmalar 13,8% artaraq 35 705,6 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 10 224,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 3,8% azdır.

Bu ilin mart ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 350 135,2 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 6,8%, bu ilin fevral ayı ilə müqayisədə isə 12,7% çoxdur.

Bu ilin mart ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17% artaraq 101 893,8 min manat olub. Bu ilin fevral ayı ilə müqayisədə isə bu göstərici 24,7% artıb.

Həmçinin, cari ilin mart ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 1,4% artaraq 228 330,5 min manat (bu ilin fevral ayı ilə müqayisədə 6,3% çox), aksizlər üzrə 30,4% artaraq 15 460,4 min manat (fevral ilə müqayisədə 38,8% çox), yol vergisi üzrə daxilolmalar isə 27,5% artaraq 4 450,5 min manat (fevral ilə müqayisədə 47,8% çox) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR