"Goldman Sachs" Çin iqtisadiyyatı üzrə proqnozunu azaldıb

"Goldman Sachs" Çin iqtisadiyyatı üzrə proqnozunu azaldıb
# 17 mart 2020 15:18 (UTC +04:00)

"Goldman Sachs" bankının yenilənmiş proqnozuna görə, 2020-ci ilin I rübündə Çin iqtisadiyyatının artım tempi 9% azalacaq.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bundan öncə bank Çində ÜDM-in 2,5% artacağını proqnozlaşdırırdı. Lakin koronavirusun Çin iqtisadiyyatına vurduğu zərbələri nəzərə alaraq, "Goldman Sachs" ölkə üzrə gözləntilərini endirib.

Bundan əlavə, bankın analitikləri Çin iqtisadiyyatının artım tempi üzrə bu il üçün olan proqnozunu 5,5%-dən 3%-dək azaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR