Gürcüstanın milli valyutası rekord dərəcədə ucuzlaşıb

Gürcüstanın milli valyutası rekord dərəcədə ucuzlaşıb
# 16 mart 2020 17:14 (UTC +04:00)

Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, martın 17-də 1 dollar 3,0118 lariyə bərabər olacaq. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2,9492 lari təşkil edib.

Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə görə, 1 avro 3,3684 lari olaraq müəyyənləşib. Bu gün isə 1 avro 3,3421 lariyə satılıb.

Qeyd edək ki, bu, Gürcüstan tarixində qeydə alınmış larinin ən aşağı rəsmi məzənnəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR