Maliyyə Nazirliyi: Bu il inflyasiya səviyyəsinin 3,1% olacağı proqnozlaşdırılır

Maliyyə Nazirliyi: Bu il inflyasiya səviyyəsinin 3,1% olacağı proqnozlaşdırılır
# 03 sentyabr 2020 10:50 (UTC +04:00)

Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1%-ə bərabər olacağı proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Sənəddə qeyd edilib ki, qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3%, sonrakı üç ildə də 2,7-2,8% ətrafında olacağı proqnozlaşdırılıb: “2020-ci ildə əsas ticarət tərəfdaşlarında valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, 2020-ci ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR