"S&P": Azərbaycanın sığorta sektorunun gəlirliliyi stabildir

"S&P": Azərbaycanın sığorta sektorunun gəlirliliyi stabildir
# 17 iyun 2020 13:44 (UTC +04:00)

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun risklərini yüksək qiymətləndirib.

"APA-Economics"in reytinq agentliyinin istinadən verdiyi məlumata görə, bu parametr ölkənin Rusiya və Türkiyə sığorta sektorları ilə ortaq cəhətidir. "S&P" agentliyinin mütəxəssislərinin fikrincə, sektorda gəlirlilik stabil olaraq artır və bu da təklif olunan məhsulların keyfiyyəti ilə dəstəklənir.

Makroiqtisadi mühiti, biznes aktivliyi və ÜDM-in artım perspektivlərini nəzərə alaraq, Azərbaycanda sığorta xərclərinin adambaşına 20-25 dollar arasında qalacağı, lakin sığorta ödənişlərinin ÜDM-ə nisbətinin aşağı olacağı və beşillik orta səviyyəyə, yəni 0,5%-ə yaxın olacağı proqnozlaşdırılır.

Agentlik qeyd edir ki, gələcək artım perspektivləri əsasən proqnozlaşdırılan yeni təşəbbüsləri həyata keçirmək və orta müddətdə yeni sığorta məhsullarını tanıtmaq qabiliyyətindən asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR