Azərbaycan yanvar-apreldə 694 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Azərbaycan yanvar-apreldə 694 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib
# 06 may 2021 17:26 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Twitter" hesabındakı yazısına görə, ilkin nəticələrə əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 26,5% artıb.

"APA-Economics" xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini məlumatlarına görə, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 mln. ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Beləliklə, "APA-Economics"in sözügedən məlumatlar əsasında apardığı hesablamalarına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracı 694,485 mln. dollar təşkil edib.

Qeyd edək ki, bu ilin I rübü ərzində Azərbaycanın ixracı 4,1 mlrd. ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 501,5 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR