Bakı - APA-Economics. "Kapital Bank"ın bəzi filialları 12 saatlıq iş rejiminə keçir.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi ilə əlaqədar olaraq "Kapital Bank"ın "Səbail", "İçəri Şəhər", "Mərkəz", "Xətai" və "Gənclik Mall" filialları 10 iyun - 21 iyun tarixlərinədək şənbə və bazar günləri daxil, saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
YENİLƏNİB'>