BMT Baş Assambleyasının (BA) prezidenti Volkan Bozkır Rusiyaya səfər edəcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O deyib ki, iyulun 23-də Volkan Bozkırı Rusiya XİN başçısı Sergey Lavrov qəbul edəcək: “Görüşdə BMT-nin Baş Assambleyasının yubiley iclasına hazırlıq və digər məsələlər müzakirə olunacaq".
M. Zaxarova V. Bozkırın Rusiyaya səfəri çərçivəsində Federasiya Şurası və Dövlət Dumasının rəhbərliyi ilə görüşlərinin də keçiriləcəyini qeyd edib.