Cavad Zərif Rusiyaya səfər edəcək

Cavad Zərif Rusiyaya səfər edəcək
# 26 dekabr 2019 16:42 (UTC +04:00)

Dekabrın 30-da İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya XİN başçısı Sergey Lavrov Cavad Zəriflə görüşəcək.

M. Zaxarova Lavrov və Zərifin danışıqlar zamanı Rusiya-İran arasındakı münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti və regional münaqişələri müzakirə edəcəklərini vurğulayıb.

O qeyd edib ki, danışıqların yekunu ilə bağlı Rusiya və İran XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR