Dmitri Medvedyev ABŞ-ın yeni taktika seçdiyini bildirib

#
# 10:21
23 aprel 2021

ABŞ Rusiya ilə münasibətlərdə ikili yanaşma taktikası seçib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq Prezident Dmtri Medvedyev RİA “Novosti” üçün yazdığı məqaləsində qeyd edib.

“ABŞ Administrasiyasının yeni taktikası – bir tərəfdən dialoqun vacibliyini vurğulamaq, digər tərəfdən isə təzyiqi gücləndirməkdir”, - deyə məqalədə bildirilir.  

Qeyd edək ki, aprelin 15-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Eyni zamanda Vaşinqton Rusiyanın 10 diplomatını ölkədən çıxarmağa qərar verib.

Bundan əvvəl isə ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında münasibətlərin yoluna qoyulmasına hazır olduğunu bildirmiş və üçüncü ölkədə görüş keçirməyi təklif etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR