Ermənistanda son sutkada COVID-19-a 327 yoluxma qeydə alınıb

Ermənistanda son sutkada COVID-19-a 327 yoluxma qeydə alınıb
# 29 sentyabr 2020 10:52 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 327 yoluxma halı qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 49 901 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 958 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR