Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin müddəti uzadılıb

Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin müddəti uzadılıb
# 22 iyul 2020 08:50 (UTC +04:00)

COVID-19 pandemiyası səbəbi ilə Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtı avqustun 31-dək uzadılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi (GCAA) məlumat yayıb.

Bildirilib ki, müntəzəm uçuşların sentyabrın 1-dən başlanması planlaşdırılır.

Qeyd edək ki, qonşu ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 1-də ləğv edilməli idi, lakin GCAA-nın qərarına əsasən, bu, avqustun 1-nə təxirə salınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR