İsrailli müşahidəçilər seçkiləri yüksək qiymətləndirib

İsrailli müşahidəçilər seçkiləri yüksək qiymətləndirib
# 09 fevral 2020 21:58 (UTC +04:00)

“Səsvermə günü Bakıda 6 seçki məntəqəsində müşahidə apardıq. Müşahidələrimiz nəticəsində heç bir qanun pozuntusu qeydə almamışıq. Hər kəs vəzifəsinin öhdəsindən gəlirdi”.

APA-nın məlumatına görə, bunu seçkiləri müşahidə etmiş İsrail nümayəndə heyətinin üzvü Roman Qureviç mətbuat konfransında deyib.

Səsvermə prosesini müsbət səciyyələndirən R. Qureviç gənclərin səsvermədə daha aktiv olmasına diqqət çəkib.

İsrail nümayəndə heyətinin digər üzvü, Malex şəhərinin vitse-meri Boris Qroysman da səsvermə prosesini yüksək qiymətləndirib. Onun sözlərinə görə, seçkiyə hazırlıq yüksək səviyyədə aparılıb: “Siz artıq özünüz digər ölkələrdə müşahidəçi ola bilərsiniz. Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakına artıq ehtiyac yoxdur”.

O, İsrailin hər zaman Azərbaycanı dəstəklədiyini bildirib: “İsrail Azərbaycanı daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcək”.

İsrail nümayəndə heyətinin daha bir üzvü, müşahidəçi Aleksey Tsesarski isə yüksək seçici fəallığı izlədiklərini deyib. O bunu seçicilərin ölkələrinin taleyinə biganə olmamaları kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR