Lavrov və Zərif Astana formatının alternativsiz olduğunu bəyan ediblər

Lavrov və Zərif Astana formatının alternativsiz olduğunu bəyan ediblər
# 16 iyun 2020 15:10 (UTC +04:00)

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında keçirilən görüşdə Suriya münaqişəsinin nizamlanması müzakirə olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazirlər birgə keçirdikləri mətbuat konfransında Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana formatındakı danışıqların alternativsiz olduğunu bəyan ediblər: "Suriya münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi apardıq, Astana formatında əldə olunan razılaşmaların alternativsiz olduğunu, xüsusilə də bu razılaşmaların antiterror tərkibini və Suriya Ərəb Respublikasının ərazi bütövlüyünə sözsüz hörmət olunmasını təsdiq etdik",-deyə Rusiya XİN başçısı Sergey Lavrov birgə mətbuat konfransında bildirib.

O, iranlı həmkarı ilə görüşdə Suriyada vəziyyətin sabitləşməsi ilə bağlı tapşırıqları, Suriyanın münaqişədən sonra bərpa məsələsini, eləcə də suriyalı qaçqınların evlərinə qayıtmasını və yardıma ehtiyacı olan əhaliyə humanitar yardımın göstərilməsini müzakirə etdiyini söyləyib. Qeyd edək ki, 2011-ci ildən Suriyada silahlı münaqişə davam edir. 2017-ci ildən isə Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana formatı (Rusiya, İran və Türkiyə) fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR