Moskvada son sutkada daha 25 nəfər koronavirusun qurbanı olub

Moskvada son sutkada daha 25 nəfər koronavirusun qurbanı olub
# 26 iyun 2020 00:33 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 25 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3694-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 613 994 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 7113 nəfər bu virusa yoluxub, 92 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 8605 nəfərdir, indiyədək 375 164 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR