Moskvada son sutkada koronavirusdan 32 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 32 nəfər ölüb
# 21 iyun 2020 01:24 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 32 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3597-yə çatıb.

Qeyd edək ki, Rusiyada pandemiya başlayandan 576 mindən çox insanda koronavirus aşkar olunub. Bunlardan 334 mindən çoxu sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR