Paşinyanın ölən əsgərin məzarına gül qoymasına icazə verilməyib - VİDEO

Paşinyanın ölən əsgərin məzarına gül qoymasına icazə verilməyib - VİDEO
# 18 aprel 2021 02:16 (UTC +04:00)

Ermənistanın Vayotsdzor vilayətinin sakini baş nazir Nikol Paşinyanın Qarabağda gedən döyüşlərdə ölən qohumunun məzarı üstünə gül dəstəsi qoymasına icazə verməyib.

APA xəbər verir ki, hadisənin videosu “News.am” saytında yerləşdirilib.

“Bu, mənim qardaşımın məzarıdır. Mənim hüququm çatır. Sənə icazə vermirəm”, - deyə kənd sakini bildirib.

Paşinyan sonradan qəbrə bir daha yaxınlaşıb və həmin sakinlə danışmağa çalışıb, ancaq həmin şəxs bildirib ki, “rəsmi şəxslərdən heç kim qardaşının cəsədini tapmasına kömək etməyib, əksinə müdaxilə ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR