Putin və Bəşər Əsəd arasında telefon danışığı olub

Putin və Bəşər Əsəd arasında telefon danışığı olub
# 26 aprel 2021 15:05 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və onun suriyalı həmkarı Bəşər Əsəd arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin B. Əsədlə koronavirusla mübarizədə əməkdaşlıq, Rusiya peyvəndinin Suriyaya göndərilməsi məsələlərini müzakirə edib.

Tərəflər Konstitusiya Komitəsinin fəaliyyəti çərçivəsində Suriyada sülh prosesinin irəliləməsinə də diqqət ayırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR