Putin və Ərdoğan Liviya məsələsini müzakirə ediblər

Putin və Ərdoğan Liviya məsələsini müzakirə ediblər
# 12 yanvar 2020 01:42 (UTC +04:00)

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Liderlər Liviyadakı vəziyyətlə bağlı yanvarın 8-də İstanbulda əldə olunmuş Rusiya-Türkiyə razılaşması əsasında fikir mübadiləsi aparıblar. Rusiya və Türkiyənin Liviya münaqişəsinin siyasi yolla nizamlanması prosesinə hərtərfli yardım göstərmək səyləri təsdiqlənib.

V.Putin türkiyəli həmkarını Almaniya Kansleri Angela Merkellə danışıqlarının yekunu, eləcə də bir slra regional dövlətlərin liderləri ilə telefon danışığı barədə məlumatlandırıb.

Rusiya və Türkiyə Prezidentləri Liviya münaqişəsinin nizamlanması ilə bağlə Berlində keçirilməsi planlaşdırılan beynəlxalq konfransın nəticəli olmasına yardım etməyə hazır olduqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR