Qazaxıstanda təlim uçuşları zamanı “SU30-SM” qırıcısı qəzaya uğrayıb

Qazaxıstanda təlim uçuşları zamanı “SU30-SM” qırıcısı qəzaya uğrayıb
# 16 aprel 2021 21:21 (UTC +04:00)

Qazaxıstanda təlim uçuşları zamanı SU30-SM qırıcısı eniş edərkən qəzaya uğrayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Balxaşdakı (Karaqanda vilayəti) aviasiya mərkəzinin ərazisində baş verib: “Heyət nəfərləri katapult ediblər, hazırda həkim nəzarəti altındadırlar. Hadisə yerinə xüsusi komissiya göndərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR