Rusiya qırıcıları Qara dəniz üzərində ABŞ hərbi təyyarələrini tutmaq üçün havaya qalxıb

Rusiya qırıcıları Qara dəniz üzərində ABŞ hərbi təyyarələrini tutmaq üçün havaya qalxıb
# 29 iyun 2020 17:05 (UTC +04:00)

Rusiya qırıcıları Qara dəniz üzərində 2 ABŞ hərbi təyyarəsini tutmaq üçün havaya qalxıb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.

“29 iyun 2020-ci il tarixində Cənub hərbi dairəsinin hava hücumundan müdafiə qüvvələri Qara dənizin neytral sularında ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A “Poseydon” və Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi RC-135 aşkarlayıblar”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının dövlət sərhədindən xeyli məsafədə olan ABŞ təyyarələri davamlı olaraq Rusiyanın nəzarət vasitələri ilə müşayiət olunub: “Bundan başqa, hədəfləri tutmaq üçün Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinin Su-27 qırıcıları havaya qaldırılıb. Rusiya Federasiyasının dövlət sərhədində pozuntular qeydə alınmayıb. Rusiya təyyarələrinin uçuşları digər dövlətlərin sərhədlərini pozmadan neytral sular üzərində hava məkanının istifadəsinə dair beynəlxalq qaydalara uyğun olaraq yerinə yetirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR