Rusiya və Türkiyə Suriyada 6 kilometrlik təhlükəsizlik dəhlizi yaradacaq

#
# 22:28
5 mart 2020

Rusiya və Türkiyə Suriyada 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizi yaradılması haqqında razılığa gəliblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Kremldə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və RəcəbTayyib Ərdoğan arasındakı danışıqların yekunu ilə bağlı imzalanan sənəddə bildirilib.

 

Qeyd olunub ki, Moskva və Ankara Suriyada Latakiya və Hələbi birləşdirən M4 avtomobil yolunun şimalı və cənubu istiqamətində 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Təhlükəsizlik dəhlizinin konkret işlənilməsi parametrlərinin Rusiya və Türkiyə Müdafiə Nazirlikləri bir həftə ərzində razılaşdırmalıdırlar.

Bu gün Moskvada Rusiya və Türkiyə Prezidentləri arasında Suriyanın İdlib əyalətindəki vəziyyətin gərginləşməsi ilə bağlı görüş keçirilib. Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR