Rusiyada daha 51 nəfər koronavirusdan ölüb

Rusiyada daha 51 nəfər koronavirusdan ölüb
# 07 sentyabr 2020 11:53 (UTC +04:00)

Son sutka ərzində daha 5185 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 030 690 nəfərə çatıb.

Son sutka ərzində 51 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 871 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR