Rusiyada son sutkada 5 842 nəfər COVID-19-a yoluxub

#
# 11:52
21 iyul 2020

Rusiyada son sutka ərzində daha 5 842 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 783 328 nəfərə çatıb.

Son sutka ərzində 153 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 580 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 562 384 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR