Rusiyada son sutkada COVID-19-dan 337 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 337 nəfər ölüb
# 04 may 2021 13:19 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7770 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 839 514 nəfərə çatıb.

Son sutka ərzində 337 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 111 535 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR