Rusiyada sərnişin avtobusu kafeyə çırpılıb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyada sərnişin avtobusu kafeyə çırpılıb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb
# 01 may 2021 04:32 (UTC +04:00)

Rusiyanın Xabarovsk bölgəsində içərisində 2 sürücüdən əlavə 32 sərnişin olan avtobus qəza törədib.

APA xəbər verir ki, bu barədə bölgə prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Təcili yardım helikopteri ilə yaralılar xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR