Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş koronavirus şübhəsilə karantinə alınıb

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş koronavirus şübhəsilə karantinə alınıb
# 13 mart 2020 00:38 (UTC +04:00)

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə A.Salahova öz Facebook hesabında status, foto və video paylaşıb.

O, martın 11-də İtaliyadan Rusiyaya qayıdarkən hava limanından birbaşa evinə gedib. Sonradan həkim briqadası A.Salahovanın yaşadığı ünvana gələrək onu paytaxtın Tsaritsino rayonundakı xəstəxanaya yerləşdirilib.

Salahova onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin olduğundan həmin reysin bütün sərnişinlərinin karantin müddətini xəstəxanada çəkəcəyini yazıb.

Qeyd edək ki, Aydan Salahova dünya şöhrətli məşhur Azərbaycan rəssamı Tahir Salahovun qızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR