Rusiyanın 54 regionunda koronavirusun yeni ştammı aşkarlanıb

Rusiyanın 54 regionunda koronavirusun yeni ştammı aşkarlanıb
# 27 aprel 2021 13:03 (UTC +04:00)

Rusiyanın 54 regionunda koronavirusun yeni ştammı aşkarlanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

Onun sözlərinə görə, həmin regionlarda vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 8053 nəfər COVID-19 virusuna yoluxub. İndiyədək bu virusa yoluxanların sayı isə 4 779 425 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR