Rusiyanın Domodedovo aeroportunda saxlanılan İsrail vətəndaşlarına ölkə ərazisinə girməyə icazə verilib

Rusiyanın Domodedovo aeroportunda saxlanılan İsrail vətəndaşlarına ölkə ərazisinə girməyə icazə verilib
# 19 dekabr 2019 06:35 (UTC +04:00)

Rusiyanın Domodedovo hava limanında İsrailin “El Al” aviaşirkəti ilə gələn və pasport yoxlamaları üçün saxlanılan bu ölkənin vətəndaşlarına sərhəd-keçid məntəqəsindən daxil olmağa icazə verilib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.

Məlumata görə, israilli sərnişinlərin sorğu-sual olunması və yoxlanılması iki saatdan çox çəkib, bundan sonra onlar Rusiya ərazisinə buraxılıb.

İsrailin Moskvadakı səfirliyindən bildirilib ki, 40 İsrail vətəndaşının Domodedovo hava limanında hansı səbəbdən saxlanılması barədə məlumatsızdırlar. Səfirliyin siyasi bölməsinin katibi Yosef Zilbermanın sözlərinə görə, çərşənbə günü Domodedovo hava limanında təxminən 46 nəfər israilli saxlanılıb, daha səkkiz nəfər isə çərşənbə axşamı günü Şeremetyevo hava limanında saxlanılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR