Rusiyanın ən kriminal bölgələri açıqlanıb

Rusiyanın ən kriminal bölgələri açıqlanıb
# 13 aprel 2020 10:23 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Rusiyada 327300 cinayət qeydə alınıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilir.

Cinayət hadisələrinin sayına görə ilk yerdə Moskva (23 900 cinayət), ikinci yerdə Mokvaətrafı (12 100 cinayət) dayanır.

Sonrakı yerləri Krasnodar diyarı (12 000), Çelyabinsk vilayəti (10 200), Rostov vilayəti (9 600) tutur.

Bu ilin ilk iki ayında ən az cinayət Nenets Muxtar Dairəsi (124), Çukotka (126), İnquşetiya (322), Maqadan vilayəti (472) və Kalmıkiyada (508) qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR