Yeni Zelandiya Çinə səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub

#
# 10:56
2 fevral 2020

Yeni Zelandiya hökuməti yeni tip koronavirusun yayılması ilə əlaqədar Çinə səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

APA-nın xəbərinə görə, bu barədə Yeni Zelandiya hökumətinin saytında məlumat yerləşdirilib.

Qadağa sabah – fevralın 3-də qüvvəyə minir və 14 gün qüvvədə olacaq. Bununla belə, hər 48 saatdan bir bu müddət məsələsinə yenidən baxılacaq. Çində olmuş Yeni Zelandiya vətəndaşları isə ölkəyə qayıda bilərlər. Ancaq bu halda onlar 14 gün karantin zonasında təcrid edilmiş vəziyyətdə saxlanacaqlar. Eyni zamanda Yeni Zelandiya vətəndaşlarına Çinə səfər etməmək tövsiyə olunub.

Xatırladaq ki, Çin hökuməti keçən il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Uhan şəhərində yeni tip koronavirusun (2019-nCoV) yayılması barədə məlumat verib.  Artıq Çində 14,4 min insan koronavirusa yoluxub, virusa yoluxmuş 304 nəfər isə həyatını itirib.

Çindən başqa 20 ölkədə 100-dən çox insanda koronavirus aşkarlanıb. ÜST artıq koronavirusu qlobal təhlükə elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR