Əsgər valideynləri Robert Koçaryanı da qəbiristanlıqdan qovublar - VİDEO

Koçaryanın qəbiristanlıqdan qovulma anı

© APA | Koçaryanın qəbiristanlıqdan qovulma anı

# 10 may 2021 15:55 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Qarabağ müharibəsində öldürülmüş erməni hərbçilərin qəbrini ziyarət zamanı etirazla qarşılanıb.

APA-nın məlumatına görə, ölmüş erməni hərbçilərin valideynləri R. Koçaryana kəskin etiraz edib, onun qəbiristanlığı tərk etməsini istəyiblər.

Hərbçilərdən birinin anası eks-prezidentin ünvanına kəskin ittihamlar səsləndirib, onu və Ermənistana rəhbərlik etmiş digər şəxsləri oğlunun ölümündə, ölkəni talamaqda günahlandırıb.

R. Koçaryan və onu müşayiət edənlər pərt vəziyyətdən ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da tez-tez analoji vəziyyətlə üzləşir.

© APA | Koçaryanı qəbiristanlıqdan qovurlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR