Gürcüstan prezidentinin M.Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib

Gürcüstan prezidentinin M.Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib
# 03 noyabr 2021 22:02 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə S. Zurabişvili keçirdiyi brifinqdə deyib. Bildirib ki, sabiq Prezident M. Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib.
“Mənim sabiq prezidentin əfv edilməsi ilə bağlı mövqeyim dəyişməyib – yox və heç vaxt”, deyə S. Zurabişvili bildirib.

Xatırladaq ki, Gürcüstana qeyri-qanuni yollarla gəldiyi bildirilən M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR