Nazarbayev partiya sədrliyindən gedir

Kasım-Jomart Tokayev, Nursultan Nazarbayev

© APA | Kasım-Jomart Tokayev, Nursultan Nazarbayev

# 23 noyabr 2021 14:28 (UTC +04:00)

Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan Nazarbayev iqtidardakı “Nur Otan” partiyası sədrinin səlahiyyətlərinin Prezident Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.

“Partiyanın siyasi şurasının genişləndirilmiş iclasında Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərini Kasım-Jomart Tokayevə ötürmək qərarına gəlib. Səlahiyyətlərin ötürülməsi proseduru partiyanın nizamnaməsinə uyğun şəkildə həyata keçiriləcək”, - A. Ukibay vurğulayıb.

Qeyd edək ki, Qazaxıstana 30 il rəhbərlik edən Nursultan Nazarbayev 2019-cu il martın 20-də prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının rəhbəri və “Nur Otan” partiyasının sədri postlarında qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR