Putin: “Əfqanıstandakı vəziyyət Mərkəzi Asiyadakı müttəfiqlərimizə kömək zərurətini diktə edir”

Vladimir Putin

© APA | Vladimir Putin

# 18 noyabr 2021 18:37 (UTC +04:00)

Əfqanıstandakı vəziyyət Rusiyanın cənub sərhədlərində təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərin görülməsi zərurətini diktə edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

“Əfqanıstanda baş verənlər Rusiyanın cənub sərhədlərində təhlükəsizliyini təmin etmək, Rusiyanı regionda sabitliyin təminatçısı kimi görən müttəfiqlərimizə - Mərkəzi Asiya dövlətlərinə kömək etmək zərurətini diktə edir. Bu istiqamətdə biz qaçqınların nəzarətsiz axınının qarşısını almaq, terrorçuların və digər cinayətkar elementlərin sərhədimizə daxil olmasının qarşısını almaq üçün tədbirlər görərək fəaliyyətə davam etməliyik”, - V. Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR