Rusiyada iki azyaşlı bacı öldürülüb

Rusiyada iki azyaşlı bacı öldürülüb
# 31 oktyabr 2021 11:24 (UTC +04:00)

Rusiyada iki azyaşlı bacı öldürülüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 05.00 radələrində Tuvanın paytaxtı Kızılın Lopsançapa küçəsində baş verib.
Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir ki, 9 və 14 yaşlı bacılara çoxsaylı xəsarət yetirilib. 9 yaşlı qız hadisə yerində, 14 yaşlı qız isə xəstəxanada ölüb.
Bacıları öldürməkdə şübhəli sayılan Tuva Respublikasının Tes-Xemsk rayonunun 23 yaşlı sakini saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR