Rusiyada koronavirusdan ölüm halında növbəti antirekord qeydə alınıb

Rusiyada koronavirusdan ölüm halında növbəti antirekord qeydə alınıb
# 03 noyabr 2021 12:53 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 40 443 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 633 643 nəfərə çatıb.

Son sutka ərzində 1189 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölüm halında maksimum göstərici olub. Ümumilikdə koronavirusdan ölənlərin sayı 242 060 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR