Rusiyada metallurgiya zavodunun anbarında partlayış olub - VİDEO

Rusiyada metallurgiya zavodunun anbarında partlayış olub - VİDEO
# 15 noyabr 2021 01:15 (UTC +04:00)

Rusiyanın Novolipetsk Metallurgiya Zavodunun anbarında partlayış baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, təcili yardım və polis qüvvələri cəlb edilib.

İlkin məlumata görə, partlayışdan sonra yanğın baş verib.

Zavodun kömür anbarında kömür hazırlayan konveyer yanıb.

Hadisə nəticəsində anbarın dam örtüyünün bir hissəsi yararsız hala düşüb. Hadisə istehsal prosesinə təsir etməyib.

Yanğın zamanı 1 qadın nəfər xəsarət alıb.

Yanğının 15 dəqiqə ərzində söndürüldüyü bildirilib.

Qeyd edək ki, sözügedən obyekt dünyanın ən böyük metallurgiya zavodlarından biridir.

2018-ci ildə zavod Rusiyanın ən böyük polad istehsalçısı olub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR