Rusiyada qeyri-iş günlərinin müddəti uzadılıb

Rusiyada qeyri-iş günlərinin müddəti uzadılıb
# 08 noyabr 2021 06:42 (UTC +04:00)

Rusiyanın 5 vilayətində qeyri-iş günlərinin müddətini uzatmaq barədə qərar verilib.

APA-nın “TASS”a istinadla xəbərinə görə, bu addımda məqsəd koronavirus pandemiyası ilə bağlı vəziyyəti sabitləşdirməkdir.

Novqorod, Kursk, Smolensk, Tomsk və Çelyabinsk vilayətlərinin rəhbərliyi bu gündən etibarən qeyri-iş günlərinin müddətini noyabrın 14-dək uzatmağa qərar veriblər.

Qeyd edək ki, oktyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə ölkə üzrə 30 oktyabrdan 7 noyabradək qeyri-iş günləri elan edilmişdi. Regionların rəhbərliyinə zəruri hallarda bu müddəti artırmaq səlahiyyəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR