Mixail Saakaşvili əsirlikdən azad edilən üç gürcü tələbəni “Şərəf” medalı ilə təltif edib

Mixail Saakaşvili əsirlikdən azad edilən üç gürcü tələbəni “Şərəf” medalı ilə təltif edib
# 04 may 2007 08:32 (UTC +04:00)
Tanınmamış Abxaziya Respublikasının rəhbərliyi Suxumi təcridxanasında üç aydan bəri saxlanan üç gürcü tələbəni azadlığa buraxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili dünən axşam radələrində tələbələri qəbul edərək onlara “Şərəf” medalı təqdim edib. Tələbələrin hansı şəraitdə azadlığa buraxıldığı məlum deyil. İki gün əvvəl Mixail Saakaşvili əsirlikdə olan tələbələrin valideynləri ilə görüşərək onlara övladlarının azadlığa buraxılmasına çalışacağını demişdi. Qeyd edək ki, üç tələbə - Korşin, Qaçava və Riqvava Qali rayonu ərazisində separatçı abxaz birləşmələri tərəfindən həbs olunub. Abxaziya hökuməti tələbələri sərhəd pozuculuğunda həbs edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR