Rusiya və Gürcüstan prezidentlərinin görüşü planlaşdırılır

Rusiya və Gürcüstan prezidentlərinin görüşü planlaşdırılır
# 31 may 2007 13:47 (UTC +04:00)
Gürcüstan xarici işlər nazirinin müavini Georgi Mancqaladze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin görüşündə iki ölkə prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Vladimir Putin və Mixail Saakaşvilinin görüşü MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-formal sammiti çərçivəsində olmalıdır. Toplantı iyunun 10-da keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR