İraqdan gürcü deputatlara imzasız məktub gəlib

İraqdan gürcü deputatlara imzasız məktub gəlib
# 04 iyun 2007 11:53 (UTC +04:00)
Bu gün Gürcüstan parlamentinin bir neçə üzvü İraqdan imzasız məktub alıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, 2 səhifədən ibarət olan məktub deputatlar Levan Berdzenişvili, Koka Quntsadze və Zviad Dzidziquriyə ünvanlanıb. Məktubu İraqda sülhməramlı kontingentin tərkibində xidmət edən və adının açıqlamayan gürcü əsgəri göndərib. Əsgər İraqdakı şəraitlərinin acınacaqlı olduğunu bildirib. O qeyd edib ki, dəfələrlə lazımı orqanlara müraciət olunmasına baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır. Millət vəkili Zviad Dzidziquri parlamentin faktla bağlı araşdırma aparacağını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR