Tiflisdə Ahıska türklərinin beynəlxalq konfransı keçiriləcək

Tiflisdə Ahıska türklərinin beynəlxalq konfransı keçiriləcək
# 28 sentyabr 2007 13:28 (UTC +04:00)
Oktyabrın 17-də Tiflisdə dünyada fəaliyyət göstərən Ahıska türkləri cəmiyyətlərinin iştirakı ilə konfrans keçiriləcək. Ahıska türklərinin “Vətən” Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İbrahim Burhanov APA-ya bildirib ki, beynəlxalq təşkilatların iştirakı ilə keçiriləcək toplantıda Ahıska türklərinin tarixi vətənlərinə dönməsi ilə bağlı tədbirlər planı hazırlanacaq. Qeyd edək ki, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə əlaqədar Gürcüstan parlamenti 1944-cü ilin noyabrında öz tarixi torpaqlarından Orta Asiya və başqa bölgələrinə sürgün edilən Ahıska türklərinin repatriasiyası haqqında qanun qəbul edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR