Axalkələk icra hakimiyyəti aparatının rəhbəri Artur Yeremyan: “Bakı-Tiflis-Qars dəmiryolu xətti Ermənistan üçün böyük Çin səddi yaradacaq”

Axalkələk icra hakimiyyəti aparatının rəhbəri Artur Yeremyan: “Bakı-Tiflis-Qars dəmiryolu xətti Ermənistan üçün böyük Çin səddi yaradacaq”
# 16 oktyabr 2007 08:22 (UTC +04:00)
Onun sözlərinə görə, bu dəmiryolu xətti Samsxe-Cavaxeti bölgəsinin iqtisadi cəhətdən dirçəlməsi və böyük problemlərdən çıxış yolu deməkdir: “Bizim bölgəni iqtisadi problemlərdən yalnız Bakı-Tiflis-Axalkələk dəmiryolu xətti xilas edəcək. Layihənin əsas məqsədi Ermənistanı küncə sıxmaqdır. Əgər nəzərə alsaq ki, region əhalisinin əsasını ermənilər təşkil edir onda bu layihənin həyata keçirilməsində çətinliklər ola bilər. Ona görə də layihəni həyata keçirməzdən öncə əhali arasında maarifləndirmə işləri aparmaq lazımdır. Əhali bu layihənin hansı müsbət və mənfi cəhətləri olduğunu əvvəlcədən bilməlidir. Güc tətbiq etməklə heç nə əldə etmək olmaz”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR