Georgi Xaindrava: “Təcridxanada Okruaşvilinin başına gətirilənlər Gürcüstanın totalitarizm yolunda inkişaf etdiyini göstərir” - EKSKLÜZİV

Georgi Xaindrava: “Təcridxanada Okruaşvilinin başına gətirilənlər Gürcüstanın totalitarizm yolunda inkişaf etdiyini göstərir” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 17 oktyabr 2007 07:26 (UTC +04:00)
O, Gürcüstanda siyasi xadimlərin sifarişli qətllərinin davam etdiyini vurğulayıb: “Respublikaçılar Partiyasının ən fəal üzvlərindən biri olan Gelaşvilinin sağ qalması möcüzədir”. Georgi Xaindrava hər an korrupsiyada günahlandırılaraq həbs olunmaq təhlükəsi ilə üz-üzə olduğunu deyib: “Bilirsiniz ki, mən artıq iki ildir ki, nazir vəzifəsindən imtina etmişəm. Əgər mən bir qəpik belə gizlətmiş və ya xərcləmiş olsaydım, indi çoxdan həbsdə idim. Vaxtı ilə mənim topladığım büdcəni indi Saakaşvili xaricdən hansısa bir stul almağa xərcləyir. Amma mənim həbs olunmayacağım sığortalanmayıb. Yaşadığım respublikada kriminal qüvvələr hakimiyyətdədir və hər dəqiqə hər şey ola bilər. Mən hər şeyə hazıram”. Sabiq dövlət naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də münasibət bildirib: “İlk növbədə işğal olunmuş və bu gün erməni hərbi qruplaşmaların nəzarətində olan torpaqlar geri qaytarılmalı və Dağlıq Qarabağa status verilməlidir. Münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü mütləq nəzərə alınmalıdır. Mənim özüm əslən Bakıdanam. Nənəm Bakıda yaşadığına görə bütün uşaqlığım orada keçib. Yadımdadır ki, o zamanlar Bakıda ermənilər və azərbaycanlılar çox mehriban yaşayırdılar”. Xaindrava Gürcüstanda Konstitusiyalı monarxiya quruluşunun təsbit edilməsi barədə II İlyanın təklifini dəyərləndirib: “Əgər Gürcüstan müxalifəti qalib gələrsə, ölkədə parlamentli respublika qurulacaq və lazımı qərarları bir nəfər deyil, bütün parlament verəcək. Yaxşı olardı ki, ölkədə konstitusiyalı monarxiya olsun. Bunun üçün biz referendum keçirəcəyik. Monarxın kim olacağı sualına gəldikdə isə bu, 1200 illik tarixə malik Baqrationi sülaləsinin nümayəndəsi olacaq. Baqrationi dünyada yeganə monarx olub ki, hakimiyyətdə olduğu müddətdə ona qarşı heç bir üsyan baş verməyib. Hazırda sülalənin İspaniya, İtaliya və Gürcüstanda davamçıları var”. Sabiq dövlət naziri müxalifətin atdığı addımların Rusiyanın Gürcüstandakı səfirliyi tərəfindən istiqamətləndirildiyini barədə fikirləri rədd edib: “Rusiya ilə əlaqəsi olan biz deyil, Bendukidze və Saakaşvilidir. Bütün Gürcüstanın sərvəti Rusiya iş adamlarına satılıb. O iş adamlarına ki, Kreml tərəfindən idarə olunurlar. Gürcüstanın iqtisadi cəhətdən blokadaya salınması, milyondan artıq gürcünün Rusiyada pis vəziyyətdə yaşaması və deportasiyası hakim qüvvələrin səriştəsizliyinin nəticələridir. Buna görə də Rusiya ilə mövcud olan münasibətlər kökündən dəyişməlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR