İrakli Okruaşvili: “Saakaşviliyə bildirirəm ki, onun hakimiyyətinin sona çatmasına sayılı günlər qalıb”

İrakli Okruaşvili: “Saakaşviliyə bildirirəm ki, onun hakimiyyətinin sona çatmasına sayılı günlər qalıb”
# 06 noyabr 2007 08:24 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Münhendən yayımlanan “Açıq efir” proqramında çıxış edən Okruaşvili bu an studiyada deyil, Rustaveli prospektində xalqla bir yerdə olmaq istədiyini deyib: “Görünür, Mixail Saakaşvili Gürcüstanın tarixini pis bilir. Son 20 əsr ərzində kim gürcü xalqı ilə oyun oynamaq istəyibsə, məğlubiyyətə düçar olub. Mən bilirəm ki, Saakaşvili informasiya vakuumundadır. Onun ətrafı prezidentə düzgün informasiyalar çatdırmır. Mən Saakaşviliyə bildirirəm ki, onun hakimiyyətinin bitməsinə sayılı günlər qalıb. Prezident məni zorla siyasi mühacir edib. Həbsxanadan çıxan kimi məni zorla təyyarəyə əyləşdirib, qapıları bağladılar. Münhenə göndərildiyimi aeroportda təyyarədən enərkən bildim”. Qeyd edək ki, rəsmi versiyaya görə, Okruaşvili prokurorluqdan Almaniyada müalicə olunmaq üçün icazə istəyib və bu istək təmin olunub. Sabiq müdafiə naziri rəsmi Tiflisi ona qarşı təzyiqlər etməkdə suçlandırıb: “Həbsxanada olduğum müddətdə müdafiə naziri Kezeraşvili və baş prokuror Adeişvili dəfələrlə kameraya gəldilər. Onlar məndən siyasətdən getməyi tələb edir və qorxudurdular. Onlar həm hədələyir, həm də tələblərini yerinə yetirəcəyim təqdirdə mənim üçün komfort şərait yaratmağa söz verirdilər”. Çıxışının sonunda İrakli Okruşavili Gürcüstan prezidentini Adolf Hitlerlə müqayisə edib: “Saakaşvili müasir Adolf Hitlerdir, onun üçün yalnız öz karyerası vacibdir, başqalarının ləyaqəti və hüququ prezidenti maraqlandırmır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR