Gürcüstanın münaqişələrin həlli üzrə sabiq dövlət naziri Georgi Xaindrava həbs olunub

Gürcüstanın münaqişələrin həlli üzrə sabiq dövlət naziri Georgi Xaindrava həbs olunub
# 07 noyabr 2007 07:52 (UTC +04:00)
APA-nın məlumatına görə, mitinq keçirilən meydana ilk öncə bir neçə zibil maşını gətirilib, daha sonra sayı bir neçə yüzə çatan polis əməkdaşları mitinq iştirakçılarını sıxışdıraraq meydandan çıxarmağa başlayıblar. Mitinqin dağıdılması prosesini lentə almaq mümkün olmayıb, polis jurnalistlərin kameralarını zorla əllərindən alıb. Gürcüstan media orqanları münaqişələrin həlli üzrə sabiq dövlət naziri Georgi Xaindravanın mitinq meydanında həbs olunaraq naməlum istiqamətə aparıldığı barədə məlumat yayıb. Qeyd edək ki, noyabrın 1-də başlayan mitinqi ölkənin bütün müxalifət partiyaları dəstəkləyirlər. Mitinq iştirakçıları prezident Saakaşvilinin istefasını, parlament seçkilərinin 2008-ci ilin payızında deyil, yazında keçirilməsini, seçki komissiyalarının tərkibinin dəyişdirilməsini, siyasi məhbusların azadlığa buraxılmasını tələb edirlər. Dünən keçirilən mitinqdə 5 mindən artıq şəxs iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR