Gürcüstan MDB ölkələri hökumət başçıları şurasının yığıncağında heç bir sənədə imza atmayacaq

Gürcüstan MDB ölkələri hökumət başçıları şurasının yığıncağında heç bir sənədə imza atmayacaq
# 22 noyabr 2007 10:24 (UTC +04:00)
Gürcüstan MDB ölkələri hökumət başçıları şurasının bu gün Türkmənistanın paytaxtı Aşqabadda başlayan yığıncağında heç bir sənədə imza atmayacaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iclasda Gürcüstanı təmsil edən baş nazirin müavini, Avropa və avroatlantik inteqrasiya üzrə dövlət naziri Georgi Baramidze xüsusi bəyanatla çıxış edəcək. Bəyanatda MDB sülhməramlı qüvvələrinin separatçılığın güclənməsinə, münaqişə zonalarında vəziyyətin gərginləşməsinə səbəb olduğu və Gürcüstanın sülhməramlıların neytral beynəlxalq qüvvələrlə əvəzlənməsi üçün əlindən gələni edəcəyi bildiriləcək. G. Baramidze Rusiyanın Gürcüstana qarşı iqtisadi sanksiyalar tətbiq etməsinin yolverilməz olduğunu da söyləyəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR