Metyu Brayza: “Parlament seçkiləri prezident seçkilərindən daha ədalətli keçirilməlidir”

Metyu Brayza: “Parlament seçkiləri prezident seçkilərindən daha ədalətli keçirilməlidir”
# 09 yanvar 2008 11:04 (UTC +04:00)
“Parlament seçkiləri prezident seçkilərindən daha ədalətli keçirilməlidir. Biz gözləyirdik ki, prezident seçkiləri gürcü xalqının iradəsinin ifadə edəcək və ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək. Belə də oldu”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri “Mze” televiziyasına müsahibəsində ABŞ dövlət katibinin müavininin köməkçisi deyib. O, 5 yanvar seçkiləri ilə bağlı ölkəsinin mövqeyini bir daha təkrarlayaraq bildirib ki, seçkilər əsas demokratik seçki standartlarına uyğun olub: “Bunu ATƏT və Avropa Birliyi də təsdiqləyib. Ancaq bəzi pozuntular da var ki, bunlar araşdırılmalı və düzəldilməlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR